Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə İraqın Suriya ilə sərhəd Səlahuddin vilayətinin Əl-Davr şəhərində baş verib.
Məlumata əsasən, İŞİD qruplaşmasının 5 üzvü Suriya ərazisindən İraqa keçməyə cəhd ediblər.
Ərazinin təhlükəsizliyini təmin edən “Həşd Əl-Şabi” yarımhərbi silahlı qüvvələrin 21-ci briqadasının müqaviməti nəticəsində terrorçulardan 3-ü məhv edilib, digər 2-si isə geriyə Suriya ərazisinə qayıtmağa məcbur olub.
Ordu qarşıdurma zamanı itki verməyib.
Dəyanət Ağalarlı
Ordu.az