“General Dynamics” CHS-5 proqramına dəstək verəcək

2018/08/Снимок_1533640361.png
Oxunub: 2783     18:07     07 Avqust 2018    
“General Dynamics” şirkəti ABŞ ordusunun yeni texnologiyalarla təmin edilməsi üçün qəbl edilən CHS-5 layihəsinin informasiya texnologiyaları sistemləri təminatı işlərini həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı şirkətin mətbuat xidməti yayıb.

Bildirilib ki, şirkət Pentaqonun ordunn müxtəlif bölmələri üçün hərbi texnikanın alışı ilə bağlı qəbul edilən CHS-5 proqramında iştirak edəcək.

Belə ki, razılığa əsasən “General Dynamics” şirkəti 3,9 milyard dollarlıq layihənin 243 milyon dollar dəyərindəki informasiya texnologiyaları təminatı hissəsini həyata keçirəcək.

Şirkət layihə çərçivəsində ABŞ ordusunun müxtəlif korpuslarına 120-dən çox sistem işləyib hazırlayaraq təhvil verəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: abş   General-Dynamics   CHS-5  


Bizi "telegram"da izləyin