NATO Qara dəniz patrulunu yekunlaşdırıb

2018/08/1041165700_1533637627.jpg
Oxunub: 2557     17:10     07 Avqust 2018    
NATO-nun SNMCMG2 mina əleyhinə axtarış qrupu Qara dənizdə keçirdiyi patrul araşdırmalarını yekunlaşdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı qrupun komandiri Frenk Maginski bildirib.

O qeyd edib ki, iyulun 12-sindən etibarən start götürən və 25 gün davam edən patrulda Türkiyə, Rumıniya və Almaniya donanmalarına məxsus gəmilər iştirak edib.

Maginski patrul gəzintilərinin heç bir problem yaşanmadan uğurla yekunlaşdırıldığını bildirib.

Qeyd edək ki, bu NATO-nun bu il ərzində Qara dənizdə keçirdiyi ikinci patruldur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Qara-Dəniz   Patrul  


Bizi "telegram"da izləyin