İsraildən HƏMAS-a cavab: 2 silahlı zərərsizləşdirilib (VİDEO)

2018/08/Снимок_1533633000.png
Oxunub: 1987     16:19     07 Avqust 2018    
Qəzzada İsrail-Fələstin sərhədində yerləşən İsrail hərbi nəzarət məntəqəsi HƏMAS hücumuna məruz qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, hərəkat üzvlərinin bu gün səhər İsrail nəzarət postuna etdiyi silahlı hücuma cavab verilib.

Məlumata əsasən, İsrail ordusunun raket atəşi ilə verdiyi cavab nəticəsində 2 HƏMAS üzvü zərərsizləşdirilib.

İsrail tərəfi qarşıdurmaları itkisiz başa vurub.



Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin