ABŞ 100 ədəd yeni “Patriot” raketi almağı planlaşdırır

2018/08/MMOMJNTZ5ZD5TEDGAC7NPE7JJI_1533632175.jpg
Oxunub: 3874     16:05     07 Avqust 2018    
ABŞ köhnə “Patriot” raketlərin BƏƏ-yə satışından sonra yaranan boşluğu “Lockheed Martin”dən onun ən son versiyasını alaraq doldurmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilib ki, ABŞ HHQ daha 100 ədəd Patriot raketinin alışını planlaşdırır.

Belə ki, Birləşmiş Ərəb Əmirliyinə 363 milyon dollar qarşılığında satılan 100 ədəd PAC-3 MSE raketlərinin əvəzinə “Lockheed Martin”dən raketlərin ən yeni versiyasından 100 ədəd alınacaq.

Məlumata əsasən, Pentaqon həmçinin illik 95 "Patriot" raket alışı kvotasını 2022-ci maliyyə ilində 240-a çatdırmağı planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Patriot  


Bizi "telegram"da izləyin