“Lockheed” daha bir C-5M təyyarəsinin modernizasiyasını yekunlaşdırıb

2018/08/1-(2)_1533630824.jpg
Oxunub: 1612     15:54     07 Avqust 2018    
“Lockgheed Martin” şirkəti modernizasiya etdiyi 52-ci C-5M strateji nəqliyyat təyyarəsini də ABŞ HHQ-yə təhvil verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, layihə ABŞ Hərbi Hava Qüvvələrinin RERP modernizasiya proqramının tərkib hissəsidir.

Belə ki, layihə proqram çərçivəsində şirkət modernizasiyası tamamlanan 52-ci C-5M strateji nəqliyyat təyyarəsini də ABŞ HHQ-yə təhvil verib.

Məlumata əsasən layihənin əsas hissəsini təyyarənin mühərrik sistemlərinin yenilənməsi təşkil edib ki, bununla da C-5M-in istifadə müddəti 2040-cı ilə kimi uzadılıb.

Qeyd edək ki, təxminən 21 milyon dollara başa gələn modernizasiya işləri Corciya ştatında həyata keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin   C-5M   Modernizasiya  


Bizi "telegram"da izləyin