Ərəb Koalisiyası Əl-Qaidəyə Yəməndən çıxması üçün pul təklif edir – İDDİA

2018/08/4EDE7EB500000578-0-image-a-43_1533551791272_1533565577.jpg
Oxunub: 1763     23:50     06 Avqust 2018    
Yəməndə legitim hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyası “Əl-Qaidə”yə ölkəni tərk etməsi üçün maddi təklif göndərdiyi deyilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə iddia “Associated Press” agentliyinin yayımladığı məqalədə qeyd olunub.

Bildirilir ki, ABŞ-ın dəstəklədiyi son günlərdə “Ərəb NATO” adlandırılan Ərəb Koalisiyası 11 sentyabr terror hücumunu həyata keçirən “Əl-Qaidə” ilə gizli müzakirələr aparıb.

Məlumata əsasən keçirilən görüş zamanı koalisiyanın nümayəndə heyəti terrorçu qruplaşmaya Yəməndə nəzarətdə saxladığı əraziləri tərk etməsi üçün külli miqdarda valyuta təklif edib.

Qeyd edək ki, koalisiya tərəfi bu iddiaların əsassız olduğunu bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Ərəb-Koalisiyası   Əl-Qaidə  


Bizi "telegram"da izləyin