Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
O qeyd edib ki, ölkəsi Suriya probleminin həllində Vaşinqtonla qarşılıqlı əməkdaşlığın əhəmiyyətini yaxşı başa düşür.
“Biz Suriya probleminin həlli üçün əlindən gələni etməyə hazırıq. Hətta ABŞ-la əməkdaşlığı da istisna etmirəm. Rəsmi Moskva ABŞ-ın Suriya böhranının həllində əhəmiyyətli rola sahib olduğunu yaxşı başa düşür. Rusiyanın Suriyadakı əsas məqsədi böhranın sülhlə yekunlaşmasını təmin etməkdir”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az