ABŞ-ın dəstəklədiyi YPG terrorçuları uşaqlardan istifadə edir

2018/08/iStock-528495422-630x378_1533556450.jpg
Oxunub: 2614     19:35     06 Avqust 2018    
Suriyada ABŞ-ın dəstəklədiyi YPG terror qruplaşması hərbi fəaliyyətlərində uşaqlardan istifadə edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Suriya Müşahidəçi Qrupun yayımladığı hesabatda qeyd olunub.

Bildirilib ki, terrorçu qruplaşma öz hərbi məqsədləri naminə azyaşlıların xidmətindən istifadə edir.

Belə ki, Suriya-İraq sərhədində məskunlaşmış çox sayda suriyalı uşaq terrorçu qruplaşma tərəfindən seçilir və xüsusi təlimlər görərək aktiv hərbi xidmət üçün hazırlanıb terror hücumlarında istifadə olunur.

Qeyd edək ki, hesabatda terrorçu qruplaşmanı dəstəkləyən ABŞ ciddi şəkildə qınanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   YPG   Terror  


Bizi "telegram"da izləyin