"Təhrir Əş-Şam" Hələbə hücum edib: Ölən və yaralananlar var

2018/08/nusra_idlib-1_1533303096.jpg
Oxunub: 3512     21:26     03 Avqust 2018    
Suriya ordusunun Latakiyada keçirdiyi irimiqyaslı anti-terror əməliyyatından sonra “Hayat Təhrir Əş-Şam” terror qruplaşması Hələbə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, bir az öncə terrorçu qruplaşma Hələbin mərkəzində bir neçə hədəfə artilleriya zərbələri endirib.

Məlumata əsasən hücumlar nəticəsində azı 3 mülki vətəndaş həlak olub, daha onlarla adam isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hələb   Hayat-Təhrir-Əş-Şam   Terror  


Bizi "telegram"da izləyin