Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Müşahidə Qrupu məlumat yayıb.
Məlumata görə, mülki şəxslərin ölümünə əsas səbəb İŞİD terrorçularının həyata keçirdiyi hücumlardır. Təkcə Suveydədə baş tutan terror aktında ölənlərin sayı 200-ü keçib.
YPG/PKK terrorçularının hücumlarında 11, üsyançı qüvvələrin aktlarında 10 nəfər həlak olub. 6 nəfər isə Rusiya Aerokosmik Qüvvələrinin hava zərbələri zamanı dünyasını dəyişib.
Öldürülənlərin 547-si işgəncə ilə öldürülüb. Bununla da cari il ərzində işgəncə ilə öldürülən mülki şəxslərin sayı 693-ə çatıb.
Ağalar Ağalarlı
Ordu.az