Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi SANA məlumat yayıb.
Məlumata görə, hadisə Dəməşqin qərbində baş verib. Belə ki, Suriya ordusuna məxsus havadan müdafiə sistemləri şəhəri hədəf alan hava obyektini zərərsizləşdirib. Lakin hücumun kim tərəfindən və nə vasitəsilə edildiyi bildirilməyib.
Açıqlamadan sonra diqqətlər İsrail tərəfinə çevrilsə də, İsrail ordusundan məsələ ilə bağlı hələlik heç bir açıqlama yoxdur.
Ağalar Ağalarlı
Ordu.az