Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib.
Onun sözlərinə görə, Suriyada terrorla mübarizə tam sürətlə tamamlansa da, onun sonundan danışmaq üçün hələlik tezdir və əvvəlcə İdlibdə fəaliyyət göstərən terrorçular məhv edilməlidir.
Qeyd edək ki, bu çıxışdan daha öncə Rusiya Baş Qərargahının Baş Əməliyyatlar İdarəsinin rəhbəri Sergey Rudskoy rəsmi Moskvanın İdlibdəki vəziyyətdən narahat olduğunu bildirib.
Ağalar Ağalarlı
Ordu.az