Ukrayna Luqanskda terrorla mübarizə təlimləri keçirib

2018/08/38208427_2624546387771513_5395806438037651456_n_1533211577.jpg
Oxunub: 1994     01:41     03 Avqust 2018    
Ukrayna təhlükəsizlik qüvvələri Luqansk regionunun Birləşdirilmiş Qüvvələr Əməliyyatı bölgəsində terrorla mübarizə təlimləri həyata keçirib.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Luqansk regional polisinin mətbuat katibi Tetyana Pohuka bildirib.

Onun sözlərinə görə, iki gün davam edən təlimlərə Ukrayna Milli Polisi, Ukrayna Silahlı Qüvvələrinin bölükləri, Milli Qvardiya, Dövlət Sərhəd Mühafizə Xidmətinin üzvləri iştirak edib.

Təlim zamanı təşkilatçılar əməliyyatların hər mərhələsi üzrə əldə edilmiş nəticələri toplayaraq analiz edib və təhlükəsizlik qüvvələrinin terrorla mübarizəyə hazırlıq səviyyəsinə dair dəyərləndirmə aparıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Luqansk   Terror  


Bizi "telegram"da izləyin