SQQ Küneytrənin 99%-nə nəzarət edir

2018/08/13970506000916_PhotoI_1533118737.jpg
Oxunub: 3780     18:18     01 Avqust 2018    
Suriya Quru Qoşunları daha 300 terrorçunun ölkənin şimalına köçürülməsindən sonra Küneytrə vilayətinin 99%-nə nəzarəti bərpa edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq Küneytrənin tam azad elan edilməsi üçün təmizlənməsi tamamlanmayan çox cüzi ərazilər qalıb.

Qeyd edək ki, dünən Cəbata əl-Kaşab şəhəri və ona birləşmiş bir neçə kənddən olmaqla, 6 avtobusda 300 terrorçu ölkənin şimalına köçürülüb. Bununla da vilayətin 99%-i azad edilib.

Eyni zamanda yerli mənbələr bildirir ki, terrorçular digər ərazilərdən də çəkilməyə razılıq veriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Küneytrə   Terror  


Bizi "telegram"da izləyin