Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb bombardmançı təyyarənin Rumıniya hava fəzasına çox yaxın uçması olub.
Rumıniyadakı “Mixayil Koqalniceanu” aviabazasında yerləşdirilmiş “Typhoon” təyyarəsi NATO hava fəzasına yaxın hərəkət edən şübhəli bombardmançını təhlükəli aktlardan çəkindirməyə çalışıb.
Qeyd edək ki, Kral Hərbi Hava Qüvvələrinin təyyarələri 2014-cü ildən etibarən NATO missiyası çərçivəsində Rumıniyanın aviabazasında yerləşdirilib.
Ağalar Ağalarlı
Ordu.az