Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.
Yayılan rəsmi məlumata əsasən, bununla bağlı artıq şirkətlə rəsmi danışıqlara başlanılıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri əməkdaşlıq çərçivəsində “Boeing”dən ümumi dəyəri 11 milyard dollar olan 150-ə qədər F-15 və F-15X qırıcıları almağı planlaşdırır.
Qırıcıların 2021-2026-cı illərdə hissəli olaraq təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, alınacaq qırıcılar ABŞ və İsrailin gələcək F-35 filotiliyasını tamamlamış olacaq.
Dəyanət Ağalarlı
Ordu.az