Pentaqon BTMİ-nin ordunu gücləndirəcəyini düşünür

2018/07/37836460_2613709182188567_1150615523780722688_n_1532542050_1532680733.jpg
Oxunub: 3554     16:35     27 İyul 2018    
Pentaqon yaxın gələcəkdə imalamağı planlaşdırdığı Birgə Təşəbbüs Müdafiə İnfrastrukturu (BTMİ) müqaviləsinin ABŞ ordusuna müsbət təsir göstərəcəyini düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun satınalmalar üzrə bölməsinin rəhbəri Ellen Lord bildirib.

Onun sözlərinə görə, müqavilə çərçivəsində Pentaqon üçün ilk “klaud” hesablayıcı sistem təkmilləşdiriləcək. Bu isə Pentaqonun qərar qəbuletmə prosesini xeyli dərəcədə sürətləndirəcək.

Qeyd edək ki, bununla bağlı hələlik heç bir kompaniya ilə son razılıq əldə edilməsə də “Amazon”un müqaviləni qazanmağa daha yaxın olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   BTMİ  


Bizi "telegram"da izləyin