Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Cənubi Koreya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ötən gecə Çin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Koreya sərhədlərini pozaraq burada 4 saata qədər icazəsiz uçuş keçirib.
Daha sonra Cənubi Koreyaya məxsus qırıcılar havaya qaldırılaraq Çin təyyarəsinə qarşılıq verib. Nəticədə təyyarə sərhəddən çıxarılıb.
Qeyd edək ki, Çin tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Dəyanət Ağalarlı
Ordu.az