Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müdafiə büdcəsində Türkiyəyə F-35 təyyarələrin satışına dair bənddə heç bir dəyişiklik edilməyib.
Türkiyənin NATO üzvü və İŞİD-ə qarşı mübarizədə ABŞ-ın partnyoru olmasına baxmayaraq, Konqres onun Rusiyadan müdafiə sistemləri almasına göz yummaq niyyətində deyil.
Qeyd edək ki, Türkiyə həm də F-35 layihəsinin tərəfi kimi çıxış edir. Belə ki, 10-dan çox Türkiyə firması F-35-in istehsalında birgə şirkətlərlə əməkdaşlıq edir.
Növbəti mərhələdə ABŞ Senatının təsdiqindən keçməli olan müdafiə büdcəsi prezidentin təsdiqi ilə qüvvəyə minəcək.
Ağalar Ağalarlı
Ordu.az