SQQ İdlibin azad edilməsi istiqamətində hazırlığını gücləndirir

2018/07/1333f12f-3608-480b-96dd-3bcf3df1906c_1532677718.jpg
Oxunub: 4090     15:47     27 İyul 2018    
Suriya prezidenti Bəşər Əsəd ordunun diqqətini İdlibə çevirdiyini və bu bölgənin azad edilməsinin artıq ordunun prioriteti olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əsəd dünən verdiyi müsahibədə İdlibin artıq hökumətin əsas hədəfi halına gəldiyini vurğulayıb.

Vilayətdə ölkənin terrorçulardan təmizlənmiş digər regionlarından olan terrorçuların cəmləşdiyi bilinir.

Əsəd ordunun əməliyyatlarını sadəcə İdliblə məhdudlaşdırmayacağını və vilayətin azad olunmasından sonra bütün regionun təmizlənməsi istiqamətində işlərin görüləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İdlib  


Bizi "telegram"da izləyin