BƏƏ Əbu-Dabi aeroportuna hücumla bağlı iddianı rədd edir

2018/07/7_1532677632.jpg
Oxunub: 2741     15:45     27 İyul 2018    
Birləşmiş Ərəb Əmirliyi rəhbərliyi husilərin Əbu-Dabi hava limanına hücum etdikləri ilə bağlı səsləndirilən iddianı təkzib edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Birləşmiş Ərəb Əmirliyi Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, husi qiyamçılarının Əbu-Dabi aeroportuna hücum etməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır. Hava limanı həmişəki kimi öz fəaliyyətini heç bir problem yaşanmadan davam etdirir.

Qeyd edək ki, husilər daha öncə sözügedən aeroporta raketlə təchiz edilən pilotsuz uçuş aparatı vasitəsilə hücum edildiyini, nəticədə hava limanının ciddi zərər gördüyünü bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Husilər  


Bizi "telegram"da izləyin