Misir İŞİD-ə qalib gəlir, lakin bu müvəqqətidir

2018/07/345345_1532677452.jpg
Oxunub: 4314     15:43     27 İyul 2018    
Misir ordusunun Sinay yarımadasında İŞİD qruplaşmasına qarşı apardığı uğurlu əməliyyatlardan sonra yaımadaya nəzarətdə ciddi boşluqlar nəzərə çarpır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilir ki, ordunun Sinaydakı əməliyyatları nəticəsində terrorçu qruplaşma ciddi itkilər verir. Lakin daha sonra bu ərazilərdə güclü nəzarət mexanizmləri formalaşdırılmır.

Buna görə də yarımadanın gələcəyi ilə bağlı problemlər hələ də aktual olaraq qalmaqdadır.

Məlumata əsasən ordu qüvvələrinin azad etdiyi bölgələrdən hərbçilər çıxarıldığı anda həmin ərazilərə yenidən terrorçular yerləşir.

Misir hökumətindən bildirilən açıqlamada da qurumlar arasında koordinasiyanın qənaətbəxş olmaması qeyd olunub və bu problemin tezliklə aradan qaldırılacağı bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   İŞİD  


Bizi "telegram"da izləyin