Əfqanıstandakı koalisiya rekord sayda hava zərbəsi endirib

2018/07/D661C2C4-1B56-4690-A0FE-ACD694818079_cx5_cy15_cw92_w1023_r1_s_1532676748.jpg
Oxunub: 1413     15:17     27 İyul 2018    
Əfqanıstanda ABŞ-ın rəhbərliyində fəaliyyət göstərən koalisiya qüvvələri bu il rekord sayda aviazərbə endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, cari ilin ilk yarısında koalisiya ümumilikdə Əfqansıtanda 2911 aviazərbə endirib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur. Bu vaxta qədər ən çox zərbənin endirildiyi 2011-ci ildə belə ümumilikdə 2170 aviazərbə endirilib.

ABŞ prezidenti Donald Trampın ötən ilin avqustunda Əfqanıstanda mübarizənin gücləndirilməsinə dair çıxışlarından sonra koalisiyanın fəaliyyətində xüsusi canlanma müşahidə edilir.

Təkcə ötən ay ərzində koalisiya qüvvələri 572 zərbə endirib ki, bu da 17 illik müharibənin bütün digər iyun aylarında endirilən zərbə sayından daha çoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Koalisiya   Aviazərbələr  


Bizi "telegram"da izləyin