Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı sistemlərin istehsalçısı “Lockheed Martin” şirkətindən bildirilib.
Bildirilib ki, ABŞ-ın Yeni Meksika ştatında keçirilən sınaqlar zamanı 180 kilometr məsafədəki hədəf məhv edilib.
Qeyd edək ki, bu, maksimum 600 kilometrə qədər zərbə radiusuna sahib “Patriot” HHM sistemlərinin praktiki olaraq ən uzaq məsafədə hədəfi məhv edən sınağı idi.
Qeyd edək ki, bundan əvvəlki maksimum göstərici təxminən 20 kilometr daha az idi.
Dəyanət Ağalarlı
Ordu.az