Husilər Əbu-Dabi hava limanına hücum ediblər

2018/07/7_1532671800.jpg
Oxunub: 3974     14:09     27 İyul 2018    
Yəməndəki husi qiyamçıları Ərəb koalisiyası tərkibində fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidəki beynəlxalq hava limanına hücum etdiklərini bildiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, husilərin irəli sürdüyü iddiaya əsasən hücum ötən gün edilib.

Qiyamçılara yaxın mənbələrin yaydığı məlumata əsasən hücum “Sammed-3” raketlə təchiz edilən pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

Hücum nəticəsində Əbu-Dabi aeroportunun ciddi zərər gördüyü bildirilir.

Qeyd edək ki, bu, BƏƏ yaranandan bu yana ölkəyə edilən ilk xarici hücumdur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Əbu-Dabi  


Bizi "telegram"da izləyin