“Ordu daxilində FETÖ-yə qarşı mübarizə davam edir” – Hulusi Akar

2018/07/645x420-1532636569918_1532670798.jpg
Oxunub: 2825     13:51     27 İyul 2018    
“Türkiyə ordusu FETÖ-çülərdən tam təmizlənməyib, buna görə də ona qarşı ordu daxilində mübarizə hələ də davam edir”.

Ordu.az “Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bəyan edib.

Akar FETÖ-yə qarşı ordu daxilində mübarizənin başa çatdırılmasına ümid etdiyini və bu mübarizədə heç bir güzəştin edilə bilməyəcəyini vurğulayıb.

15 iyul qiyamından sonra Türkiyə Silahlı Qüvvələrinin öz fəaliyyətlərini genişləndirdiyini xatırladan Akar, FETÖ terrorçularının təmizlənməsi ilə ordunun daha da gücləndiyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   FETÖ  


Bizi "telegram"da izləyin