Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, müqavilə yeni stels xüsusiyyətləri əlavə edilmiş F-15 qırıcı təyyarələrinin, karqo helikopterləri və havada yanacaqdoldurma təyyarələrinin alınmasını nəzərdə tutacaq.
Satınalmanın bir hissəsi ABŞ-dan edilən hərbi yardım vasitəsilə ödəniləcək. Belə ki, ABŞ İsrailə illik 3,8 milyard dollar hərbi yardım çatdırır.
Məlumata görə, İsrail HHQ-nin istifadəsində olan karqo helikopterləri və yanacaqdoldurma təyyarələrinin istifadə müddəti bitib. Buna görə də, bu təyyarələrin yenilərilə əvəzlənməsi HHQ-nin prioritetləri arasındadır.
Ağalar Ağalarlı
Ordu.az