“Rusiyanın yeni aviadaşıyıcısının inşası 2030-dan tez bitməyəcək” – Ekspert

2018/07/anamericanaircraftcarrierthatchinaisworriedabout_1532612949.jpg
Oxunub: 3300     21:50     26 İyul 2018    
“Rusiyanın yeni aviadaşıyıcısının konstruksiyası azı 10 il davam edəcək və 2030-2035-ci ildən daha tez istifadəyə verilməyəcək”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Krilov adına Dövlət Tədqiqat Mərkəzinin elmi rəhbəri Valeri Polovinkin bildirib.

“Rusiya fabriklərinin texnoloji potensialı istənilən tapşırığın öhdəsindən gəlməyə imkan verir. Lakin mənnim zənnimcə, yeni aviadaşıyıcının inşası 2030-2035-ci illərdən tez mümkün olmayacaq”, - deyə Polovinkin qeyd edib.

Polovinkin buna görə də həmin gəminin hazır olmasına qədər müxtəlif missiyaların öhdəsindən gələ biləcək daha kiçik ölçülü daşıyıcı gəmilərin tikilməli olduğunu vurğulayıb.

Digər tərəfdən o, Rusiya aviadaşıyıcısının sugötürmə qabiliyyətinin ABŞ-ınkılar kimi 100 min ton və daha çox olmalı olduğuna dair fikirləri dəstəkləmədiyini də bildirib. O, Britaniyanın yeni aviadaşıyıcısı “Queen Elizabeth” gəmisində bu göstəricinin 60 min ton olduğunu və bütün tələblərə cavab verdiyini xatırladıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Aviadaşıyıcı   ABŞ  


Bizi "telegram"da izləyin