ABŞ hərbçiləri Gürcüstana gəlib

2018/07/Снимок_1532612034.png
Oxunub: 3088     21:36     26 İyul 2018    
ABŞ ordusunun hərbçiləri və döyüş texnikası birgə təlimlərdə iştirak üçün Gürüstana gətirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ ordusunun 2-ci süvari alayı Gürcüstanın Poti limanına yerləşdirilib.

Rəsmi məlumata əsasən ortaq hərbi təlimlərdə iştirak üçün ABŞ ordusunun 1170 hərbçisi, 28 piyada daşıyıcı maşını, 12 tankı və 5 ədəd piyada döyüş maşını gətirilib.

Qeyd edək ki, gətirilən hərbi qüvvələr bu gün Potidən Tiflisə aparılacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan   Hərbi-Təlimlər  


Bizi "telegram"da izləyin