Ekspert: “ABŞ Rusiya silahlarını Hindistan bazarından çıxarmaq istəyir”

2018/07/s-400_triumf-34_1532508016_1532608237.jpg
Oxunub: 2339     20:27     26 İyul 2018    
Birləşmiş Ştatlar qanunsuz şəkildə Rusiya istehsalı silahları Hindistan bazarından sıxışdırıb çıxarmağa çalışır”.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri beynəlxalq münasibətlər üzrə analitik və hərbi müşahidəçi Rakeş Krişnan Simha bildirib.

Onun sözlərinə görə, ABŞ-ın təzyiqlərinə baxmayaraq Hindistan və digər Cənub-Şərqi Asiya dövlətləri Rusiya müdafiə sənayesindən üz döndərmək istəmirlər.

“Vaşinqton isə qanunsuz qaydalar çıxarmaq, sanksiyalar tətbiq etmək və digər yollarla rusiyalı silah istehsalçılarını Hindistan silah bazarından çıxararaq özünün monopoliyasını qurmaq istəyir”, - deyə analitik qeyd edib.

Qeyd edək ki, son dövrlərdə Hindistanın Rusiyadan S-400 havadan müdafiə sistemlərini alma istəyi ABŞ tərəfindən mənfi qarşılanıb və Hindistan sanksiya tətbiqi ilə təhdid olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Hindistan   S-400  


Bizi "telegram"da izləyin