Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumi dəyəri 9,6 milyon dollar olacaq vasitələrin hamısının çatdırılması 2020-ci ilin sonuna qədər baş tutacaq.
Qeyd edək ki, “Marlin-350” uzaqdan idarəolunan dalğıc vasitəsi Sankt-Peterburq mərkəzli “Tetis Pro” kompaniyası tərəfindən istehsal olunur və sualtında obyektlərin axtarışı, texniki, nəzarət, kəşfiyyat əməliyyatlarının həyata keçirilməsində istifadə olunur.
350 metr dərinliyə qədər enə bilən bu vasitələr ilk dəfə 2015-ci ildə Rusiya Silahlı Qüvvələrinin silahlanmasına əlavə edilib.
Ağalar Ağalarlı
Ordu.az