Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tək oturacaqlı bu təyyarənin bir sıra yeni silah sistemləri ilə təchiz olunacağı bildirilir.
F-15 təyyarələrinin yeni variantı olan F-15X-lərə əlavə ediləcək silahlardan biri də gəmi əleyhinə raketlər olması gözlənilir.
Onun artıq Səudiyyə Ərəbistanı, Qətər, Sinqapur və Cənubi Koreya tərəfindən sifariş verildiyi və bu ölkələrin həmin təyyarənin təkmilləşdirilməsinə 5 milyard dollar xərclədiyi məlum olub.
Təyyarə 1,3 ton ağırlığında silah-sursat daşıya biləcək. Onun saat başına uçuş xərci 27 min dollar olacaq ki, bu da F-15E-dən 5 min dollar daha azdır.
Ağalar Ağalarlı
Ordu.az