Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Krilov Dövlət Tədqiqat Mərkəzinin elmi rəhbəri Valeri Polovinkin bildirib.
O, Rusiya donanmasının həm şimal, həm də Sakit okean filotiliyalarının aviadaşıyıcıya ehtiyacı olduğunu vurğulayıb.
Hazırda 11 aviadaşıyıcısı olan ABŞ donanmasına toxunan ekspert Birləşmiş Ştatların aşırı sayda aviadaşıyıcıya sahib olduğunu da qeyd edib.
Qeyd edək ki, hazırda Rusiya donanmasının sadəcə bir aviadaşıyıcısı mövcuddur. Donanma 2030-cu ilin sonlarına qədər yeni nüvə enerjili aviadaşıyıcı əldə etməyi gözləyir.
Ağalar Ağalarlı
Ordu.az