“Raytheon” ilin ikinci rübünə dair nəticələri elan edib

2018/07/raytheon_1532606576.jpg
Oxunub: 2150     20:02     26 İyul 2018    
“Raytheon” kompaniyası 2018-ci ilin ikinci rübünə dair yekun nəticələrini elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, həmin dövrdə kompaniyanın xalis satışı 6,6 milyard dollar olub.

Bu rəqəm 6,3 milyard dollarlıq satışın edildiyi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5,5%-lik artım deməkdir.

İlin ikinci rübündə kompaniya 400 milyon dollar qarşılığında 1,9 milyon səhm əldə edib. Ümumilikdə il ərzində 3,8 milyon səhm əldə olunduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon  


Bizi "telegram"da izləyin