Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ diplomatı Viktor Hanson bildirib.
O qeyd edib ki, son bir neçə on ildə alyans daxilində fikir ayrılıqları artan bir tendensiya göstərib.
Belə ki, daxil olan hər bir yeni üzv özü ilə birlikdə yeni bir mədəniyyət, tərz, problem və baxış bucağı gətirir.
“Şübhəsiz ki, NATO-nun əsas prinsipi özünün 5-ci maddəsində qeyd olunub. Hansı ki, bu, güclü və zəif, böyük və kiçik olmağına baxmayaraq hər kəsin eyni hüquqlara sahib olmasını, bir üzvə edilən hücumun bütün üzvlərə edilən hücum kimi qəbul edilməsini əsas götürür. Bəs onda Tramp “Cırtdan Monteneqro müdafiə edilməyi haqq etmir” fikrində nəyi əsas götürürdü? Bu onu göstərir ki, NATO daxilində bir sıra keçmiş üzvlər hələ də son zamanlar alyansın prinsipləri ilə razılaşa bilmirlər. Çünki təşkilatın qurucuları və ilk üzvlərinin hamısı bir-birini qohum qonşular adlandıran və ABŞ-ın nüvə çətiri altına sığınan kifayət qədər böyük dövlətlər olublar.
Son dövrlərdə Monteneqro və Xorvatiya kimi dövlətlərin üzv olması, Gürcüstan və Makedoniyanın üzvlük axtarışında olması ortaya bir sıra narazılıqlar çıxarır. Buna görə qurum daxilinə ciddi islahatlara ehtiyac var. Lazım gəlsə alyansın prinsiplərinə belə dəyişikliklər edilməlidir. Lakin qəbul etmək lazımdır ki, hazırda alyansın xilasına gedən yol islahatlardan keçir”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az