Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın icraçı direktoru Zvi Avni bildirib.
“Bu əhəmiyyətli qələbə çoxillik inkişaf səylərinin nəticəsidir. Əsas strategiyamız raketdən müdafiə sistemlərinə fokuslanmaq və onlar üçün komandan və nəzarət sistemlərinin çatdırılmasını təmin etməkdir”, - deyə o qeyd edib.
Avni bildirib ki, İsrail Müdafiə Qüvvələrilə imzalanan 4,3 milyon dollarlıq müqavilə əsasında qurum orduya 2019-cu ilin sonuna qədər komanda və nəzarət sistemləri çatdıracaq.
Ağalar Ağalarlı
Ordu.az