ABŞ ordusunda məvaciblərin artım dinamikası: 1993-2017 (HESABAT)

2018/07/37852163_2614966765396142_4265983838779342848_n_1532606235.jpg
Oxunub: 3901     00:12     27 İyul 2018    
ABŞ ordusunda xidmət göstərən qulluqçuların məvaciblərinin miqdarı 1993-cü ildən bu yana 26 dəfə dəyişdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat “Mother Jones” jurnalının hazırladığı hesabatda qeyd olunub.

Bildirilib ki, 1993-2017-ci illər ərzində orduda fəaliyyət göstərən qulluqçuların əmək haqqları 16 dəfə qaldırılıb, 10 dəfə endirilib.

Bildirilir ki, bu müddət ərzində fəaliyyət göstərən 4 prezidentdən 3-nün dövründə ümumi olaraq artım müşahidə edilib.

Belə ki, hərbi qulluqçulara edilən ödənişlərdə 1993-2000-ci illərdə Bill Klinton prezidentliyi dövründə 4 faiz, 2001-2008-cu illərdə Corc Buşun dövründə 9 faiz, 2009-2016-ci illərdə Barak Obamanın dövründə isə 4 faiz artım müşahidə edilib.

Donald Trampın prezidentliyi dövrünün ilk ilində 2017-ci il ərzində hərbçilərin maaşlarında 0,1 faiz eniş hiss olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Maaş   Hesabat  


Bizi "telegram"da izləyin