Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanatı Çin Xarici İşər Nazirliyinin sözçüsü Qenq Şuanq bildirib.
O qeyd edib ki, hazırda ABŞ Müdafiə Nazirliyi tərəfindən Konqresə təqdim edilən büdcə layihəsində Çinə qarşı bir sıra məqamlar yer alır.
“Əgər sözügedən bəndlər qəbul edilsə, bu Çin və ABŞ arasındakı inamı dərindən sarsıdacaq. ABŞ millət vəkilləri derhal bu neqativ halları büdcə layihəsindən silməlidir”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, Pentaqonun 2019-cu maliyyə ili üçün nəzərdə tutulan büdcəsində Çinin Cənubi Çin dənizindəki fəaliyyətlərinə qarşılıq verilməsi üçün müəyyən miqdarda maliyyə qeyd edilib.
Dəyanət Ağalarlı
Ordu.az