Derada son bir həftə: 140-dan çox terrorçu məhv edilib

2018/07/37778297_2614961295396689_3070771178483220480_n_1532605889.jpg
Oxunub: 1929     19:50     26 İyul 2018    
Suriya ordusu Derada son bir həftədə bir sıra uğurlu əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin yaydığı hesabatda qeyd olunub.

Hesabata əsasən ordu qüvvələri son 1 həftə ərzində bölgədə havadan və qurudan ümumilikdə 400-dən çox əməliyyat həyata keçiriblər.

Əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının nəzarətindəki irili-xırdalı 18 yaşayış məntəqəsi azad edilib.

Həmçinin son 18-25 iyul tarixlərində Derada ordu tərəfindən azı 140 terrorçu zərərsizləşdirilib. Suriya ordusunun isə əməliyyatlarda 30-a qədər hərbçisinin həlak olduğu bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dera   İŞİD   Terrola-Mübarizə  


Bizi "telegram"da izləyin