ABŞ aviasiyası böhrandadır: 5 ildə qəzada ölənlərin sayı 133-ə çatıb

2018/07/37863130_2614958725396946_8632444305690066944_n_1532605827.jpg
Oxunub: 3779     23:12     26 İyul 2018    
Bu il martın sonları və aprelin əvvəllərində ABŞ ordusunda ard-arda baş verən 6 hərbi aviasiya qəzasında 16 pilot və ya ekipaj üzvü həyatını itirdi.

Ordu.az “Military Times”a istinadən xəbər verir ki, bu hadisələr diqqətləri yenidən ABŞ aviasiyasında olan böhanın böyüməsinə cəlb edib.

Son beş ildə hərbi döyüş təyyarələrinin əksəriyyəti üçün qəza faizləri böyük miqyasda artıb. Aparılan araşdırmalara görə, hərbi pilotlu döyüş, bombardmançı, karqo təyyarələri və helikopterlərdə baş verən qəzaların sayı 2013-cü ildən 2017-ci ilə qədər 40%-ə qədər yüksəlib.

Bu göstərici bəzi təyyarələr üçün iki dəfə artıb. Bunlara ABŞ donanması və Dəniz korpusunun F/A-148 “Hornet”, “Super Hornet” təyyarələrini missal göstərmək olar.

Ümumilikdə 2013-2017-ci maliyyə illərində ABŞ ordusunda baş verən aviasiya qəzaları nəticəsində 133 hərbi qulluqçu həyatını itirib.

Qəzaların əsas səbəbinin 2013-cü ildən etibarən aparılan büdcə kəsintiləri olduğu güman edilir. O vaxtdan etibarən döyüş təyyarələrinin ara verilmədən yerləşdirilməsi, təyyarələrin təmiri və pilotların təlim saatlarında əhəmiyyətli azalma müşahidə edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Aviasiya   Böhran  


Bizi "telegram"da izləyin