Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat şirkətin yayımladığı hesabatda qeyd olunub.
Belə ki, bu ilin ikinci rübü üçün şirkətin satışları ötən ilin uyğun dövrü ilə müqayisədə 10 faiz yüksələrək 6,5 milyard dollardan, 7,1 milyarda qalxıb.
Bildirilir ki, bu artım “Lockheed Martin”in istehsal etdiyi F-35 qırıcılarına olan tələbatdan qaynaqlanır. Belə ki, şirkət qırıcıların gövdə sistemlərinin istehsalını həyata keçirir.
Hazırda ortalama olaraq 1,25 gün ərzində bir gövdə istehsal edən şirkət bu ilin aprel-iyun ayları ərzində bu sahədə təxminən 400 milyon dollarlıq satış həyata keçirib.
Qeyd edək ki, bu ilin ilk altı ayında F-35 qırıcıları üçün 113 gövdə sistemi istehsal edən şirkətin ikinci yarımil müddətində daha 153 ədəd gövdə sistemini “Lockheed”ə təhvil verməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az