Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu şəxslər arasında ABŞ Müdafiə naziri Ceyms Mettis, nazirliyin sözçüsü Dena Vayt kimi önəmli rəsmilər də var.
Bu barədə ABŞ mətbuatında yayılan xəbərlərə əsasən, son günlərdə Pentaqon rəsmilərinin öz aralarındakı mesajları incələdikdə Ağ Evlə Müdafiə Nazirliyi arasında koordinasiyanın olmadığı müəyyən olur.
Məsələ ötən gün ABŞ Prezident Administrasiyasından verilən bəyanatda qeyd olunan kimyəvi silahlarla bağlı bir sıra suriyalı şəxs və qurumlara sanksiyaların tətbiq edilməsi Pentaqon üçün gözlənilməz olub.
Bundan əlavə Suriyada hazırda vəziyyətin ABŞ ordusu və ABŞ-ın mövqeyi üçün də çox kritik olduğunu anlamaq mümkündür.
Belə ki, rəsmilərin bir-birlərinə göndərdikləri mesajların çoxunda Suriyada gələcəklə bağlı konkret planların olmadığı dəfələrlə qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az