Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Hindistan hökumət mənbələri yayılıb.
Bildirilib ki, sentyabrın ilk həftəsində ABŞ və Hindistanın Xarici İşlər və Müdafiə nazirləri səviyyəsində 2+2 variantında keçiriləcək görüşdə tərəflər arasında “Hərbi İnteqrasiya və Təhlükəsizlik üzrə Pakt”ın ilkin müzakirələri aparılacaq.
Ötən gün isə Hindistan hökuməti bununla bağlı olaraq ABŞ rəhbərliyindən paktın mətninin tam versiyasının təhvil verilməsini istəyib.
Qeyd edək ki, ikitərəfli hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinin əsas götürüləcəyi müqavilənin müzakirələrdən keçdikdən sonra bu ilin sonlarında imzalanması panlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az