Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyadakı Rusiya qüvvələrinə yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, hücum İŞİD-in Əl-Sveydədə həyata keçirdiyi terror hücumuna cavab xarakterli olub.
Bildirilib ki, terrorçuların mövqelərinə 25-dən çox zərbə endirilib. Onların əksəriyyəti Yarmuk Basin bölgəsinin şimal-qərb dəhlizinə dəyib.
Qeyd edək ki, dünən İŞİD terrorçularının Əl-Sveydədə həyata keçirdiyi terror hücumu nəticəsində həlak olanların sayı 200-ə çatıb. Bu, İŞİD-in Suriyada bu il ərzindəki ən qanlı terror aktıdır.
Ağalar Ağalarlı
Ordu.az