Daha 112 qaçqın İordaniyadan Suriyaya geri dönüb

2018/07/45645_1532589116.jpg
Oxunub: 3343     15:10     26 İyul 2018    
Suriya ordusunun yeni azad etdiyi sərhəd keçid məntəqəsi vasitəsilə daha 112 suriyalı İordaniyadan öz ölkəsinə geri dönüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qaçqınların Qəbulu, Təyinatı və Yerləşdirilməsi Mərkəzi bildirib.

“Son sutka ərzində112 qaçqın İordaniya-Suriya sərhədindəki Nəssib sərhəd-keçid məntəqəsindən keçməklə ölkəyə geri dönüb”, - deyə məlumatda qeyd olunub.

Mərkəzin rəhbəri Mixayıl Kilsayev bildirib ki, qaçqınların geri dönməsi və bu proses zamanı meydana gələn problemlərin həlli istiqamətində Suriya və İordaniya rəsmiləri ilə birgə əməkdaşlıq edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İordaniya-Suriya   Qaçqın  


Bizi "telegram"da izləyin