Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Yaponiyanın Baş naziri Şinzo Abe səsləndirib.
Abe Yaponiyanın “Şimal Ərazilər” adlandırdığı Kuril adalarının keçmiş sakinlərinin nəvə-nəticələri ilə bir araya gəlib
“Mən bu problemin həllinə gətirib çıxaracaq danışıqlar prosesinin aktiv şəkildə davam etdirilməsini istəyirəm”, - deyə Abe bildirib.
Qeyd edək ki, Rusiya və Yaponiya ötən əsrin ortalarından etibarən sülh müqaviləsi imzalamaq məqsədilə danışıqlar həyata keçirir. Buna əsas əngəl olan məsələ isə Cənubi Kuril adalarının sahibliyinin müəyyənləşdirilə bilinməməsidir.
İkinci Dünya Müharibəsinin bitməsilə Kuril adaları Sovet İttifaqına birləşdirilib. Buna baxmayaraq Yaponiya İturup, Kunaşir, Şikotan və Habomay adalarına iddia edir. 1956-cı ildə Sovet İttifaqı və Yaponiya dövlətlərarası müharibəni dayandırmaqla bağlı birgə bəyannamə imzalasalar da, sülh müqaviləsi bu vaxta qədər imzalanmayıb.
Ağalar Ağalarlı
Ordu.az