ABŞ-ın Pekindəki səfirliyinin qarşısında partlayış baş verib

2018/07/thumbs_b_c_1e18b10fa1a2641a9fd552a7cfd77503_1532587674.jpg
Oxunub: 1349     14:48     26 İyul 2018    
Birləşmiş Ştatların Çinin paytaxtı Pekində yerləşən səfirlik binası önündə partlayış baş verib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri bildiriblər.

Şahidlərin sözlərinə görə, səfirlik binası önündə meydana gələn partlayışdan sonra ərazini tüstü dumanı əhatə edib.

Çin polisindən hadisə ilə bağlı hələlik heç bir açıqlama verilməsə də, polis maşınlarının binanı dövrəyə aldığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Partlayış  


Bizi "telegram"da izləyin