Rusiya İsrailə İŞİD-ə endirilən zərbələrə görə təşəkkür edib

2018/07/234_1532586003.jpg
Oxunub: 3029     14:19     26 İyul 2018    
Rusiya Müdafiə Nazirliyi İsrailin Suriyada İŞİD mövqelərini bombalamasına görə minnətdalıq bildirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu addımı Suriyada İsraillə hərbi əməkdaşlıq üçün əsl fürsət olduğunu bildirib.

Qeyd olunub ki, Rusiya və İsrailin İŞİD-ə və Suriyadakı digər terror qruplaşmalarına qarşı mübarizədə birgə fəaliyyət göstərməsi böhranın həllini daha da tezləşdirəcək.

“Suriyanın Küneytrə bölgəsində İŞİD terror qruplaşmasına edilən aviazərbələrin terrorla mübarizədə əhəmiyyətini başa düşür və qiymətləndiririk. İsrailə bu addımından dolayı minnətdarlığımızı bildiririk”, - deyə bildirilən açıqlamada qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   İsrail   Rusiya  


Bizi "telegram"da izləyin