Rusiya MN: İsrailin zərbələri İŞİD terrorçularını hədəf alıb

2018/07/1199361_1532584888.jpg
Oxunub: 1506     14:00     26 İyul 2018    
“İsrailin dünən Suriya ərazisində həyata keçirdiyi əməliyyat İŞİD terror qrupunun üzvləri və raket sistemlərini hədəf alıb”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dünən yerli vaxtla 22:30 radələrində İsraili Suriya ordusunun mövqelərinə zərbə endirməyə təşviq etmək məqsədilə İŞİD terrorçuları İsrail ərazisinə raket atıblar.

“Hücumu edən İŞİD terrorçuları və raket sistemlərinin hamısı İsrail Müdafiə Qüvvələrinin döyüş təyyarələri və artilleriya hücumu ilə məhv edilib”, - deyə qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-Rusiya   İŞİD  


Bizi "telegram"da izləyin